Aydan ölümsüz olmağın sirrini açdı: “Köynəyindəki qırışın, saçlarındakı dağınıqlığın...”
Bizi izləyin

Magazin1

Aydan ölümsüz olmağın sirrini açdı: “Köynəyindəki qırışın, saçlarındakı dağınıqlığın...”

“Məncə, fürsət düşdükcə şəkil çəkdirmək lazımdı. Bunu vərdiş halına gətirmək gərəkdir. Çünki hər adi, hərəkətsiz şəkil hər xırda detalları ilə həmin günün xatirələrini oyadır”.

Publika.az xəbər verir ki, bu sözləri aktrisa Aydan Axundova instaqramda yazıb.

Aktrisa həyatın ən yaddaqalan anlarını foto ilə ölümsüzləşdirməyi təklif edib: “Üzündəki təbəssümün, köynəyindəki qırışın, saçlarındakı dağınıqlığın səbəbləri bir-bir yada düşür və həmin gün fikir vermədiyin anların dəyərini, gözəlliyini sonradan başa düşürsən. Ən xoşbəxt, sevincli anlarınızda şəkil çəkdirin”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm