Aybəniz Haşımova ürəyini açdı: “Səni qoxlamağa, balam deyib bağrıma basmağa...”
Bizi izləyin

Magazin1

Aybəniz Haşımova ürəyini açdı: “Səni qoxlamağa, balam deyib bağrıma basmağa...”

“Aynim dünyaya gələndən sonra həyat tamamilə dəyişdi... O an var aa... Dünyaya gəldiyi an... Bax elə onda dəyişdi hər şey... İlahi, o necə hissdir?! İndiyədək gözlərimin önündədir... Hərdən o anımı yenidən yaşamaq, səni dünyaya gətirdiyim günə, özümün də gəncliyimə qayıtmaq istəyirəm... Səninlə bir az artıq ömür yaşamaq, daha çox sevgi bəxş etmək istəyirəm... Mənə elə gəlir ki, yetərincə sevgi verməyə, daha çox nələrsə etməyə gəncliyim yetmədi... Səni qoxlamağa, balam deyib bağrıma basmağa...”

Publika.az xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova toya hazırlaşan qızı Aynişan Quliyeva haqqında instaqramda yazıb. Qızına olan böyük məhəbbətini paylaşan sənətçi həm də ana nigarançılığını ifadə edib:

“Həyat qaça-qaçından zamanım yetmədi... Çünki ömür üzərimə elə böyük yük yığmışdı ki, həm ana idim, həm də heç arzu etmədiyim ata... Bax beləcə keçdi ömrüm... İstədim nümunəvi şagird olasan, oldun! İstədim ali təhsilin, gözəl elmin olsun, oldu! İstədim qədirbilən övlad olasan, şükür bu günə. Bilirsən nə istəyirəm?... Çox sevimli yar, gəlin, ana, qayınana, nənə olasan balam. Allah səni bütün pisliklərdən qorusun bu həyatda. Həyat onsuzda doludur vəfasızlıqla. Qoy bu həyatın heç bir pisliyi sənə yaxın düşə bilməsin qızım. Mən səni dünyaya gətirdim, amma heç kimə etibar edə bilmədim... Harada oldumsa səni özümlə apardım... Hərdən bəzi dostlarım deyirdi: “Aykanı gedəndə gətir bizə qoy, aparma özünlə, uşaq yorulur...” Amma mən səni sevgi adlı yorğanıma elə bürümürdüm ki, yorulasan körpəm... İndi bilirsən sənə nə arzu edirəm balam?... Mənim sənə olan sevgimlə yarışa biləcək sevgi... İnşallah məğlub olaram!”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm