Hamamda YENİ VİDEOSU yayılan Tacir Şahmalıoğludan İlahə Fədaya CAVAB: Niyə soyunub...
Bizi izləyin

Magazin1

Hamamda YENİ VİDEOSU yayılan Tacir Şahmalıoğludan İlahə Fədaya CAVAB: Niyə soyunub...

54 yaşında 3-cü dəfə ata olan müğənni Tacir Şahmalıoğlu oğlunu hamamda çimizdirdiyi video görüntülər haqqında yayılan iradlara cavab verib.

Publika.az xəbər verir ki, Tacir Şahmalıoğlu həmkarı İlahə Fədanın son müsahibəsində onu tənqid etməsini ələ salıb. Müğənni bu dəfə qış geyimində hamamda video çəkib. O, oğlunu qucağına alaraq paltar və papaqla hamama girib, səbəbini isə belə izah edib:

“Uşağı çimizdirmək istəyirəm. Soyunanda söz-söhbət olur deyə paltarlı çimizdirirəm. Daha belə çimizdirəcəyəm”, - deyə Tacir bildirib.

Məlumat üçün bildirək ki, İlahə Fəda həmkarının yeni doğulan oğlu ilə hamamda çimərkən çəkdirdiyi videosunu tənqid edib. O, “Biz tərəfdə 40-45 yaşlı kişilər övladlarının adını da çəkmirdilər. Bir oğlu olub. Gah hamamda lüt video çəkdirir yayır, gah nə edir. Nə olub? Kimə nəyi sübut edirsən? Xasiyyəti də yoxdur” deyə müsahibəsində bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm