Aynişanın toyunda hər kəsi TƏSİRLƏNDİRƏN ANLAR - Şəhid atasının dilindən danışdı və...
Bizi izləyin

Magazin1

Aynişanın toyunda hər kəsi TƏSİRLƏNDİRƏN ANLAR - Şəhid atasının dilindən danışdı və...

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Əməkdar artist Aybəniz Haşımovanın qızının toyu olub.

Publika.az xəbər verir ki, bir çox sənət adamlarının qonaq olduğu toy əlamətdar hadisələrlə yadda qalıb. Onlardan biri də Əməkdar artistin qızına atasının dilindən xeyir-dua verməsi olub. Qızı üçün xüsusi mahnı yazdıran Aybəniz Haşımovanın bu ifası toyda hər kəsi təsirləndirib. Aparıcı Zaur Baxşəliyev instaqramda paylaşdığı postda o anları belə ifadə edib:

“Ömür çox qısadır, sevdiklərinizə sevginizi bildirməkdən çəkinməyin, elə indi etiraf edin. Allah sevənləri ayırmasın. Dünən biz bir daha şahidi olduq ki, bu həyatda siz heç nəyi rahatlıqla, havayı əldə etməmisiniz. Toyun açılışında ifa etdiyiniz mahnı, xüsusilə sözləri, Aynişan nənənin 30 ildən sonra igid, şəhid balasının yadigarının toyunda qol qaldırması, Xalid bəyin dilindən virtual ata xeyir-duası və sizin qonaqlar gələndən gedənə qədər qapının ağzında dayanıb gələni qarşılayıb gedəni yola salmanız, hər kəsə məxsusi diqqət və ehtiramınız bizi çox təsirləndirdi. Bir çoxları kimi bu toyu biz səbirsizliklə gözləyirdik. Sevindik, ürəyimiz açıldı. Allah bu şadyanalığı sona qədər etsin. İnanıram ki, atası canını qurban verdiyi Qarabağ torpağına gəlin köçən Aynişan o yurdda kök salacaq, xoşbəxt olacaq. Aybəniz xanım, mənəvi nəvələriniz, balalarınız çoxdur, indi bir arzu var ki, tezliklə Aynişanın bülbüllərini qucağınıza alıb lay-lay deyəsiniz. Allah sizi pis nəfisdən qorusun”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm