Ruhi Əliyevanın filminin treyleri yayımlandı - VİDEO
Bizi izləyin

Magazin1

Ruhi Əliyevanın filminin treyleri yayımlandı - VİDEO

Azərbaycanın tanınmış iş xanımı Ruhi Əliyevanın təşəbbüsü ilə Türkiyədə “Liatris Yapım” şirkətinin ərsəyə gətirdiyi “Ağır Romantik” filminin treyleri təqdim olunub.

Publika.az xəbər verir ki, baş rolları məşhur aktyor Onur Tuna ilə aktrisa Tuvana Türkayın canlandırdığı ekran işində eyni zamanda Altan Erkekli, Gazanfer Gündüz, Semra Dinçer, Servet Pandur, Durul Bazan və Sermiyan Midyat kimi sevilən simalar da rol alıb.

Məlumat üçün bildirək ki, “Ağır Romantik” Almaniya, Niderland, Danimarka, Belçika, Fransa, Avstriya, Rumıniya, Yunanıstan, Xorvatiya, Bolqarıstan, Albaniya, Bosniya- Herseqovina, Moldova, Şimali Makedoniya, Sloveniya, Serbiya, Monteneqro və Kosovoda 13 fevral, Türkiyənin bütün şəhərlərində 14 fevral - Sevgililər günündə, Azərbaycanda isə 5 mart tarixində “CinemaPlus” kinoteatrlar şəbəkəsində yayımlanacaq.

Filmin qala gecəsinin vaxtı da məlum olub. Belə ki, "Ağır Romantik"in qala gecəsi fevralın 12-si İstanbulda, martın 7-si isə Bakıda aktyorların iştirakı ilə keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm