Miri Yusiflə Röyadan növbəti LAYİHƏ - VİDEO
Bizi izləyin

Magazin1

Miri Yusiflə Röyadan növbəti LAYİHƏ - VİDEO

Xalq artistləri Röya Ayxan və Miri Yusif növbəti duetlərini təqdim edib.

Publika.az xəbər verir ki, məşhurlar bu dəfə “Sevgilim” mahnısını ifa edib. Sözügedən bəstə Jay Huna, aranjiman Xalis Xana məxsusdur. Röya və Miri Yusif “Sevgilim”ə klip də çəkdiriblər. Onlar bunun üçün rejissor Fərhad Əliyə müraciət ediblər.

Ekran işi Qəbələnin Laza kəndində bir günə lentə alınıb. Layihənin baş prodüserləri Vüsal Rzazadə və Emin Əfəndi, icraçı prodüseri Cavid Əhmədovdur. Klip Röyanın rəsmi “Youtube” kanalına yerləşdirilib.

Məlumat üçün bildirək ki, bu, Xalq artistlərinin sayca üçüncü duetidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm