• USD 1,7000 0,00% EUR 1,8737 -0,56%
    • GBP 2,0988 -0,34% RUB 0,0214 0,00%

Azərbaycanı bu il "Eurovision"da təmsil edəcək iştirakçının adı açıqlandı

  • Magazin1
  • 28 Fevral 2020 12:53
  • 678 Baxış
Azərbaycanı bu il "Eurovision"da təmsil edəcək iştirakçının adı açıqlandı

İctimai Televiziya və Radio Yayımları Şirkəti "Eurovision 2020" beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçının adını açıqlayıb.

Publika.az xəbər verir ki, bu il Azərbaycanı Rotterdamda (Niderland) Samirə Əfəndi təmsil edəcək.

Təmsilçi musiqi produserlərinin, müəllif və bəstəkarların, jurnalistlərin, televiziya nümayəndələrinin və s. daxil olduğu Beynəlxalq Musiqi ekspertləri qrupunun səsverməsi əsasında müəyyən edilib.

Daha öncədən də müsabiqəsinin seçim mərhələsində iştirak edən Samira Əfəndi "Yeni ulduz", “Böyük Səhnə” (3-cü yer) və "Səs Azərbaycan" (3-cü yer) kimi məşhur musiqi layihələrində iştirak edərək güclü vokal səsi ilə yaddaşlarda qalıb.

Samira Əfəndi 2017-ci ildə Almatıda "Silk Way Star" (3-cü yer) Beynəlxalq vokal televiziya layihəsinə, 2019-cu ildə isə Qazaxıstan Respublikasında keçirilən "Voice of Nur-Sultan" Beynəlxalq festivalına ölkəmizi yüksək səviyyədə təmsil edib.

Qeyd edək ki, Niderlandın Rotterdam şəhərində şüarı “Open up!” ("Açıl!") keçiriləcək mahnı müsabiqəsinin yarımfinal mərhələləri may ayının 12 və 14-də, final mərhələsi isə mayın 16-da "Ahoy Arena"da reallaşacaq. Azərbaycan təmsilçisi "Eurovison -2020" müsabiqəsinin birinci yarımfinalının ikinci hissəsində çıxış edəcək.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR