Azər Qəribdən səs-küy yaradacaq sözlər: Qadının rolu corab ütüləməkdir, evdən bayıra...
Bizi izləyin

Magazin1

Azər Qəribdən səs-küy yaradacaq sözlər: Qadının rolu corab ütüləməkdir, evdən bayıra...

“Qadınlar günü yaxınlaşır, qadın mövzusunu hətta koronavirus belə üstələyə bilməz. Qadın necə olmalı, qadını necə görmək istərdiniz? Azərbaycanda iki paralel yanaşma var qadınların rolu haqda. Biri patriarxal - dədə-babadan qalma milli ənənələrə arxalanan yanaşmadır ki, qadının rolu evdədir, ocaq qoruyucusudur, arxa cəbhədir, anadır, uşaqların tərbiyəsidir, dadlı xörəklər bişirmək, corabları ütüləmək, evdən bayıra tək çıxmamaq və xalatı iki ildə bir dəfə dəyişməkdir. Bu, daha çox əyalətlərə aiddir. Digər yanaşma, şərti olaraq şəhər yanaşması - daha müasirdir, daha proqressiv hesab olunur, bu yanaşmada qadın işləyir, karyera qurur, corabı isə göndərir ximçistkaya".

Publika.az xəbər verir ki, bu sözləri “Oralar” layihəsinin müəllifi, aparıcı Azər Qərib instaqramda yazıb. Azərbaycan qadınlarını analiz edən aparıcı sözlərinə belə davam edib:

“Hər iki yanaşmanın xeyli qolları var. İşləyən ana var ki, işdən sonra evə, uşaqların yanına deyil, növbəti kafedə poza verib şəkil çəkdirməyə gedir. Ana da var ki, heç qoymur axşam saat 7-yə işləsin, işdən sonra güllə kimi cumur evə ki, ailəsini görsün. Evdə oturanlar da müxtəlifdir. Kimi gününü salonlarda və mollalarda keçirir, uşaq başlı-başına, ər başlı-başına, yeməyi xadimə bişirir, kişinin qabağına bir parça ət atır ki, davay “jri” (ye). Digər evdə oturan həm salona gedir ki, gözəl olsun, həm də uşaqları tərbiyə edir, kitablar oxuyur onlar üçün, dərslərinə kömək edir, evin təsərrüfat işlərini aparır, mətbəxdə ərinə delikateslər hazırlayır. Evi bəzəyir, yəni vaxtını həm evə və ailəyə sərf edir, həm də öz xarici görünüşünü unutmur. Yəni, belədir durum. Yoxsa belə deyil? Kişilər, öz xanımınızı necə görmək istərdiniz? Xanımlar, özünüzü necə görmək istərdiniz, kişilərin sizi necə görməyini istərdiniz?”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm