Tolik verilişini bağlayan Murad Dadaşova təşəkkür etdi: "Yaxın zamanda..."
Bizi izləyin

Magazin1

Tolik verilişini bağlayan Murad Dadaşova təşəkkür etdi: "Yaxın zamanda..."

"Əziz dostlar, bu açıqlamanı verməklə 2 gündür medianı zəbt edən məsələyə aydınlıq gətirmək istəyirəm. Mən Xəzər TV-də 3 ilə yaxındır "Hər şey daxil" layihəsinin həm rəhbəri, həm də aparıcısıyam. Bu müddət ərzində məni sevən də, sevməyən də qəbul edib. Düzdür, insanların gözü bir şey görməyə öyrəşsə də, düşünürəm ki, dəyişmək, yenilənmək lazımdır. Gərək göz yorulmasın”.

Publika.az xəbər verir ki, bu sözləri Xəzər televiziyasında yayımlanan "Hər şey daxil" verilişinin aparıcısı Tarix Əliyev "İnstaqram" səhifəsində yazıb.

Verilişinin bağlanması xəbərlərinə aydınlıq gətirən prodüser 2013-cü ildə Murad Dadaşovla birgə çəkilən fotosunu yayımlayaraq bu sözləri qeyd edib: “Xəzər TV-yə yeni gələn rəhbərim Murad Dadaşov məni bu gün deyil, dünən deyil, 10 ildir tanıyır. Mən məhz onun sayəsində 3 dəfə ölkənin ən reytinqli realiti şousu olan "Maşın" şounun iştirakçısı olmuşam. M. Dadaşovun əməyi ilə geniş kütləyə təqdim olunmuşam. O ki qaldı "Hər şey daxil"in bağlanmasına, bu son deyil. İnşallah yaxın zamanda Xəzər TV-də yeni layihəmlə sizin qarşınızda olacam. Murad Dadaşov istəsəydi, məni kanaldan uzaqlaşdıra bilərdi, amma o, potensialımı yüksək qiymətləndirərək, mənə etimad göstərir... Təşəkkür edirəm. Sonda deyim ki, məni dəstəkləyən də, dəstəkləməyən də sağ olsun. Hər kəsə uğurlar".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm