“8 il öncə demək olar ki, tez-tez həkimlərdə olurdum, ondan sonra...” – Zamiq Hüseynov
Bizi izləyin

Magazin1

“8 il öncə demək olar ki, tez-tez həkimlərdə olurdum, ondan sonra...” – Zamiq Hüseynov

“Əziz dostlar, illərdir qidalanma ilə bağlı topladığım təcrübəni sizinlə bölüşmək istəyirəm. Artıq 7 ildir ki, fasiləsiz olaraq idmanla məşğul oluram, eyni zamanda yediklərimə çox fikir verirəm. Düz 8 il öncə demək olar ki, tez-tez həkimlərdə olurdum. Baş ağrısı, halsızlıq və hər gün mədə ağrısı...”

Publika.az xəbər verir ki, bu sözləri müğənni Zamiq Hüseynov instaqramda yazıb. Sağlam həyat tərzini təbliğ edən ifaçı səhhətindəki problemləri idman və düzgün qidalanma sayəsində bərpa etdiyini deyib:

“Həkimlərimiz deyirdi ki, Zamiq dərmanlardan az istifadə edin, yaşınız azdır, gəncsiniz, idmanla məşğul olun, yeməyinizə fikir verin, çox yağlı yeməyin, gündəlik qidanıza diqqət edin. O gün bu gündür idmana başladım və yediklərimə çox diqqət edirəm. İnanın ki, bütün sadaladığım ağrıların hamısı yox oldu. Hətta bəzən anam onun hazırladığı yeməkləri yemədiyim üçün məndən inciyirdi. Əgər bir az da olsa, sənətimizlə seçilmişiksə, bir çoxları üçün nümunəyiksə, çalışmalıyıq ki, bizi izləyənlərə hər baxımdan faydalı olaq. Ömrümün sonuna qədər məni tanıyanlar üçün faydalı olmağa çalışacam”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm