Aybəniz Haşımova Qarabağ döyüşlərində şəhid olan həyat yoldaşı haqqında SİRRİNİ AÇDI
Bizi izləyin

Magazin1

Aybəniz Haşımova Qarabağ döyüşlərində şəhid olan həyat yoldaşı haqqında SİRRİNİ AÇDI

“Aynişan həmişə deyərdi ki, mama kaş bircə dəfə olsa, atamın bir qolunun tərpənişini, hərəkətini görərdim... Mənsə o videonu ona heç vaxt göstərməmişdim. İstəmirdim ki, körpəm o xiffət ilə böyüsün”.

Publika.az xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova instaqramda xatirələrini bölüşərkən yazıb. O, qeyd edib ki, Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olan həyat yoldaşı Xalid Quliyevin video görüntülərini izləmək qızının ən böyük arzusu olub. O, qızının arzusunu toy günündə ona hədiyyə edərək reallaşdırıb:

“Toy günü o videonu Aynişana sürpriz etdim və videogörüntülər bitən kimi, çox dəyərli müğənni Eyyub Yaqubovun “Əzizim” mahnısının ardınca səslənməsi... Çox mükəmməl bir sonluq oldu. Əziz sənətkarlarımızın hər birinə sonsuz minnətdaram”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm