Emin Eminzadə “Terazi”ni təqdim etdi - VİDEO
Bizi izləyin

Magazin1

Emin Eminzadə “Terazi”ni təqdim etdi - VİDEO

Azərbaycanlı vokalçı, prezident təqadüçüsü Emin Eminzadə Türkiyədə “Terazi” mahnısın klipini təqdim edib.

Publika.az xəbər verir ki, mahnının sözlərini məşhur türk yazarı Nurtan Üz yazib, musiqisini ise Eminzadənin özünə məxsusdu. Aranjimanı isə Emin Kerimi edib. Mahnının bu yaxınlarda təqdim olunmasına baxmayaraq, artıq Apple-ın redaktor siyahılarına düşüb. Klipi məşhur türk rejisseri Elif Demirall ekranlaşdırıb.

Çəkilişlər Türkiyədə kinostudiyanın pavilyonunda baş tutub. Bu klip Eminzadəyə digər layihələrindən daha baha başa gəldi. Emin Eminzadə Qazaxıstanda keçirilən "Qızıl mikrofon" müsabiqəsinin qalibidir. İtaliyada keçirilən Elia Catalano və 2012-ci İspaniyada təşkil olunan Opus müsabiqələrində iştirak edib.

O, Bakıda məşhur İtaliya müğənnisi Robertino Loretti ilə eyni səhnəni bölüşərək onunla "Jamayka" və "O Sole Mio" kompozisiyasını duet oxuyub. Dünya şöhrətli ulduz bu ifadan sonra Eminzadəni "Azərbaycanın Robertinosu" adlandırıb. O, hətta ABŞ-da tələbə mübadiləsi proqramı üzrə təhsil almaq üçün təqaüd qazanmağa müvəffəq olub və Texasda təhsil alıb.

Emin Eminzadə daha sonra Amerika Musiqi və Dram Akademiyasına daxil olub və oranı bitirib. Hazırda gənc müğənni Azərbaycanda, Türkiyə və ABŞ-da karyerasını davam etdirir. Müğənninin adı "Azərbaycanın gənc ifaçılarının qızıl kitabı"na düşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm