Məşhur azərbaycanlı aparıcı koronavirusa yoluxdu? - "Kədərlənərək qeyd edirəm ki..."
Bizi izləyin

Magazin1

Məşhur azərbaycanlı aparıcı koronavirusa yoluxdu? - "Kədərlənərək qeyd edirəm ki..."

Tanınmış aparıcı Firuzə Cəlilova sosial şəbəkədə paylaşımı ilə hər kəsi qorxudub.

Teleqraf.com xəbər verir ki, o, sosial şəbəkədə belə bir qeyd yazıb: "Kədərlənərək qeyd edirəm ki, bu gün "COVID-19" testi etdirdim və pozitiv olduğu bildirildi. İndi artıq xəstəxanada karantin altındayam. Əlbəttə, çalışacam mümkün qədər tez-tez vəziyyətimlə bağlı narahat olanları məlumatlandırım. Bəlkə uzun müddət sizlə bərabər ola bilməyəcəm. Mən özümü qoruya bilmədim. Siz qoruyun!" .

Şərhin sonunda "Belə bir paylaşım etməmək üçün #evdəqal" sözünü əlavə edən aparıcının fikirləri gözdən yayınıb.

Şəbəkə izləyiciləri aparıcının koronavirusa yoluxduğu qənaətinə gəliblər.

Bundan narahat olan aparıcı "Dostlar, virusa yoluxmamışam. Evdə ailəmlə sosial təcrid dövrünü yaşayıram. Dünən paylaşdığım status məhz hələ də bu virusun ciddiliyini anlamadan evdə qalmayan, axşamlar bir-birlərin evlərində toplaşanlara aiddir. Əgər evdə qalmasanız virusun geniş vüsət almasına şərait yaratmış olacaqsınız" deyə cavab verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm