• USD 1,7000 0,00% EUR 1,8580 0,00%
    • GBP 2,0761 0,00% RUB 0,0238 0,00%

Faiq Ağayev: “Novruzdan sonra anamla görüşməmişəm”

  • Magazin1
  • 30 Mart 2020 11:57
  • 543 Baxış
Faiq Ağayev: “Novruzdan sonra anamla görüşməmişəm”

Xalq artisti Faiq Ağayev hər kəsi karantin rejiminə əməl etməyə səsləyib.

Publika.az xəbər verir ki, sənətçi ötən gün “5-də 5” proqramında qonaq olub. Məşhur müğənni koronavirus (COVID-19) pandemiyası səbəbindən anası ilə görüşmədiyini qeyd edib:

“Anamın 76 yaşı var. Novruzdan sonra onunla görüşməmişəm. Maska və əlcəyimi taxıb qapının zəngini basıram, lazım olan bazarlığı qapının ağzına qoyuram. Uzaqdan bir-birimizə əl edib salam veririk. İnternet vasitəsilə görüntülü əlaqə saxlama imkanımız var. Bundan istifadə etmək olar.

Yaşlı insanlar, niyə küçəyə çıxırsınız? Niyə sizi polis tutub evə aparmalıdır? Hamı inanır ki, başına bu iş gəlməyəcək. Virus rəngi, dadı, qoxusu olan bir şey deyil, yoluxub-yoluxmayacağını necə bilərsən?”.

Qeyd edək ki, ölkədə elan olunan xüsusi karantin rejimi koronavirus infeksiyasına yoluxma riski yüksək olan yaşı 65-i ötmüş vətəndaşların evdən çıxmalarının qadağan olunmasını nəzərdə tutur. Həmin vətəndaşların xüsusi karantin rejimi dövründə (24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək) evdə qalmaları onların bu pandemiyadan qorunması üçün vacibdir.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR