Nazilə Səfərli koronadan görün NƏLƏR YAZDI: “Həci yarışması, axrı da bu...”
Bizi izləyin

Magazin1

Nazilə Səfərli koronadan görün NƏLƏR YAZDI: “Həci yarışması, axrı da bu...”

“Heç kimlə yola getmədik, arxada qalanı saymadıq, kasıbı xorladıq, zənginə yamaq olduq, öndə gedəni min hiylə ilə gözdən salmağa çalışdıq, min dilimizin, hərəsi bir söz danışdı, üzümüzdə neçə üz yetişdirdik, İlahii?... Sərvət qazananda dost itirdik, dost tapanda sərvətimizi mənimsədi. Səmimiyyətə həsrət qadıq...”

Publika.az xəbər verir ki, bu sözləri tanınmış şairə Nazilə Səfərli instaqramda yazıb. Şairə dünyanın bəlasına çevrilən koronavirusun Allahın bir cəzası və sınağı olduğunu qeyd edib. O, koronavirusun ortaya çıxmasının səbəbini pis insan əməllərində gördüyünü bildirib və bunda ilahi bir mesaj olduğunu əlavə edib:

“Yox, onun maşını mənimkindən baha ola bilməz, yox, o kimdi ki, məndən artıq dolansın, sadə ev qadınları belə səyahət yarışmasına çıxmışdı. Uşaqlarımız xaricdə 100 minlik məktəbə getməlidir. Marka geyinməliyik, brend qızıl taxmasaq bizə pis baxarlar, çantamız 30 min olmalıdır... Sadə dolanana “çuşka” dedik. Qeybət etməyənə əxlaqsız kimi baxdıq sanki... Yuva yıxmaq fəxarət oldu, həci yarışması... Bu da axırı... Aza qane olmadığımız üçün bəlaların şahını verdi Allah bizə. Taclı bəla... Allahın qəzəbinə gəldik...”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm