Nailə İslamzadə karantin günlərini belə dəyərləndirir - AÇIQLAMA
Bizi izləyin

Magazin1

Nailə İslamzadə karantin günlərini belə dəyərləndirir - AÇIQLAMA

Aparıcı Nailə İslamzadə karantin günlərini evdə keçirdiyini, buna baxmayaraq darıxmağa vaxt tapmadığını deyib.

Publika.az xəbər verir ki, Əməkdar incəsənət xadimi günlərini maksimum səmərəli keçirməyə çalışdığını qeyd edib:

“Evdə oturmaq vaxtımızın çox olduğu anlamına gəlmir. İşçilərə maaş yazmaq lazım idi deyə, bu gün evdən çıxdım, bir neçə sənədə qol çəkib qayıtdım. Amma evdə olanda o qədər görülməli işlər var ki, xüsusilə işləyən qadınlar ailə üzvləri və uşaqları üçün istədiyi yeməkləri bişirməyə vaxt tapa bilir. Həm mətbəx işlərini görməyə, həm idmanla məşğul olmağa, həm kitab oxumağa, həm də ibadət etməyə daha çox vaxtımız var. Hələ televizora baxmağı demirəm... Yüzlərlə kanallar var, onlaırn çoxundan xəbərsiz idim, heç birisinə çevirib baxmamışdım. Çünki buna vaxt yox idi. İndi rahat-rahat bütün işlərimi çatdırıram”.

Aparıcı daha sonra hər kəsi prezidentin tapşırıqlarına riayət etməyə səsləyib:

“Təbii ki, karantin müddəti başa çatana qədər evdə qalmalıyıq. Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi tövsiyələri dinləməliyik. Bu, dövlət səviyyəsində dövlətin qorunması üçün həyata keçirilən ümummilli məsələdir. Hamı xəstələnsə, nə olar? Yayılarsa, heç bir xəstəxana və həkim bunun öhdəsindən gələ bilməz. Sağ olsun həkimlərimiz. Eyni zamanda istehsalatlar dayanmır, bütün istehsal sahələri işləyir, onların da zəhmətinin hədər getməməsi üçün şüurlu sürətdə evdə oturmalıyıq.

Dövlət orqanları bu istiqamətdə lazımi tədbirlər görür, 65 yaşdan yuxarı insanların 142-yə zəng etməsi kifayətdir ki, lazım olan ərzaqlar evinə gətirilsin. Restoran və kafelər də sifarişləri evə gətirir. Bu qədər maarifləndirici verilişlər hazırlanır, jurnalistləri gecə-gündüz bilmədən bizim üçün çalışırlar. Hakimiyyət insanları qorumaq üçün lazım olduğundan artıq tədbirlər həyata keçirir. Sosial yardımlar paylanılır, pullar ayrılır. Bunu qiymətləndirmək lazımdır ki, bizim belə dövlətimiz var və bizi qoruyur. İnşallah bu bəla da keçər, müvəqqəti vəziyyətdir. İnanıram ki, Allahın köməyilə hamımız birlikdə bu bəlaya qalib gələcəyik və bunun üçün də həmişə dua edirik”.

Nailə İslamzadə sonda insanları ibadətə dəvət edib:

“Karantin günləri bizə namaz və ibadətlərimizi vaxtlı-vaxtında yerinə yetirməyə imkan verdi. “Evdə darıxırıq, nə edək?” deyənlərə: “Quran Allahın (insanlara ərməğan etdiyi ilahi) süfrəsidir. Gücünüz çatdıqca ondan bəhrələnməyə çalışın. Şübhəsiz ki, içində Allahın kitabından bir şey olmayan evdən daha kiçik (cansıxıcı) ev yoxdur. İçində Allahın kitabından heç nə olmayan qəlb də kimsəsiz xaraba ev kimidir”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm