• USD 1,7000 0,00% EUR 1,8580 0,00%
    • GBP 2,0761 0,00% RUB 0,0238 0,00%

“Eurovision” yeni formatda keçiriləcək

“Eurovision” yeni formatda keçiriləcək

Koronavirus pandemiyası səbəbilə ləğv edilmiş “Eurovision” musiqi yarışmasının yeni formatda keçirilməsi qərara alınıb.

Publika.az xəbər verir ki, bu barədə tədbirin rəsmi saytında məlumat verilib.

Təşkilatçılar bildirib ki, 16 mayda keçirilməli olan müsabiqənin əvəzinə onlayn konsert təşkil etmək qərarına gəliblər. Şounun təxminən iki saat davam edəcəyi gözlənilir. Festival rəhbərliyi onlayn konsertə təkcə 2020-ci ildə yarışanları deyil, əvvəlki yarışlarda çıxış edən ulduzları da dəvət etmək niyyətindədir.

“Biz yalnız Rotterdamda çıxış etməli olan 41 sənətçiyə diqqət çəkən bir şou etmək istəmirik, eyni zamanda bu çətin günlərdə Avropanın hər yerindən və hüdudlarından kənarda olan insanları birləşdirməyə ruhlandıracaq proqram hazırlamaq istəyirik”, - təşkilatçıların bəyanatında qeyd edilib.

Mahnı müsabiqəsi “Eurovision: Avropa bərq vurur” şüarı ilə baş tutacaq. İki saatlıq şounun aparıcıları Hollivud ulduzları Şantel Yanzen, Yan Smit, həmçinin müğənni Edsiliya Rombli olacaq. Şou proqramda 41 musiqi nömrəsi təqdim olunacaq. Konsert təşkilatın rəsmi yutub kanalından da yayımlanacaq. Təşkilatçılar bütün dünya telekanallarını şounu yayımlamağa çağırıb.

Azərbaycanı müsabiqədə “Kleopatra” mahnısı ilə Efendi (Samirə Əfəndi) təmsil edəcək.

Xatırladaq ki, “Eurovision”ın ləğvi martın 18-də məlum oldu. Müsabiqənin mayın ortalarında Rotterdamda keçiriləcəyi gözlənilirdi. Avropa Yayım Birliyi COVID-19-un bütün Avropa boyunca yayılmasının və pandemiya səbəbilə ölkələrin səlahiyyətliləri tərəfindən qoyulan məhdudiyyətlərin mahnı yarışmasına icazə verə bilmədiyini elan etmişdi.

Aytən Məftun

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR