Nura Suridən ÇAĞIRIŞ: “Bəyənmədiyiniz Tolik, Kamil və ...”
Bizi izləyin

Magazin1

Nura Suridən ÇAĞIRIŞ: “Bəyənmədiyiniz Tolik, Kamil və ...”

“Son günlər gördüklərim: Qonşular daha kasıb qonşulara kömək edir. Feysbukda imkansız ailələrin kontaktları paylaşılır - insanlar gedib kömək edir. Şəxsən tanımadığım çox sayda insan var ki, imkansız ailələrə yardım edir. Tanıdığım imkanlı xanım var, onlarla ailəni karantinin sonunadək himayəsinə götürüb və gündəlik bütün lazımi xərclərini ödəyir. Həm kommunal, həm bazarlıq...”

Publika.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. Sənətçi tanınmışların və ictimai xadimlərin yardım etdiyi ailələrin görüntülərini sosial şəbəkədə paylaşmasını müsbət addım kimi qiymətləndirib. Müğənni hesab edir ki, insanların yardımsevərliyi, xeyriyyəçiliyi təbliğ etməsi etik və əxlaqi dəyərlərə zidd deyil, əksinə bu, milli həmrəyliyimizi nümayiş etdirir:

“Sumqayıtda daha bir xanım 200 manatdan fəhlələrə paylayıb. Anam imkansız ailələrin nömrələrini tapır, az da olsa pensiyasını köçürür, o əjdahadır. Bakıdakı Pakistan biznes icması yardım üçün imkansız ailələri axtarır və onlara kömək edir. Bəyənmədiyiniz Tolik, Kamil və s. kasıb ailələrə kömək edir. Bir sözlə, insanlar bu günlərdə bir-birlərinə bacardıqları qədər əl tutur.

Yardımı öz şəxsi pulları ilə etmədiklərinə görə, sabah onları şərləməsinlər deyə, ailələrə verdikləri ərzağın fotosunu paylaşırlar. Özlərini də sığortalamış olurlar. Sabah kimsə çıxıb deməsin ki, ciblərinə gedib o yardım. Bunu anlamaq çətindir ki? Niyə küsdürürsünüz yaxşılıq edənləri?”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm