Rəqsanədən ŞOK SÖZLƏR: Qeyrətinizi göstərin!
Bizi izləyin

Magazin1

Rəqsanədən ŞOK SÖZLƏR: Qeyrətinizi göstərin!

Müğənni Rəqsanə karantin günlərində yoxsul ailələrə yardım etməyən həmkarlarını tənqid edib. O, bu barədə instaqramda izləyiciləri ilə canlı yayım zamanı söhbət edərkən deyib.

Publika.az xəbər verir ki, müğənni həmkarlarının ünvanına kəskin iradlar səsləndirib:

“Müğənnilərin biri eyvanda, digəri divanın üstündə mahnı oxuyur. Mahnı oxumaq vaxtıdır? Hamı bilir ki, xəstəlik yayılıb, evdə qalmalı, əl sabunlanmalı, maska taxılmalıdır. İnsanlara kömək edin. 14-15 min dollar toy pulunuzdan 1 qəpik də enmirsiniz. İndi niyə camaata yardım etmirsiniz? Qeyrətinizi göstərin! Artıq dostlarımdan pul istəməkdən, kömək üçün yalvarmaqdan utanıram. Rusiyada yaşayan azərbaycanlıların vəziyyəti pisdir, çatdıra bilmirik.

Bu gün hər kəs bir olmalıdır. Niyə kor qalıb gözlərinizi yummusunuz? Toylarında çıxış etdiyiniz insanlara zəng vurmaq belə çətindir? Üstəlik bu çətin vəziyyətdə instaqramda yemək görüntüləri paylaşırsınız. Ərzaq yardımı kənara qalsın, körpə və uşaqlar var ki, koronavirusa yoluxanlarla bir evdə qalır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm