Günay İbrahimli yeni klipini təqdim etdi - VİDEO
Bizi izləyin

Magazin1

Günay İbrahimli yeni klipini təqdim etdi - VİDEO

Müğənni Günay İbrahimli yeni mahnı və klipini təqdim edib.

Publika.az xəbər verir ki, “Bu zamandan sonra” adlı mahnının müəllifi Zülfi Bədəlovdur. Bəstənin aranjemanı isə Elvin Musayevə aiddir. İfaçı yeni klipinin rejissor işini Dele Orucluya həvalə edib.

Rəngarəng görüntülərin yer aldığı ekran işində Günay İbrahimli izləyiciləri qarşısına bir neçə obrazda çıxıb.

Karantin günlərində insanları pozitivə yükləmək istədiyini bildirən müğənni yeniliyi haqda bunları deyib:

“Mahnıdan bir hissəni İnstaqram hesabımda paylaşmışdım. Gələn reaksiyalardan çox bəyənildiyini anladım. Bundan başqa havalar istiyə doğru gedir. Həm də ölkə ərazisində koronavirusla bağlı karantin rejimidir. Ona görə də düşündüm ki, məhz rəngarəng klip və ritmik mahnı ilə #evdəqal mesajına dəstək olan hər kəsi pozitiv əhval-ruhiyyəyə yükləyim”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm