Damla ciddi sarsıntı keçirdi: “Nəfəs ala bilməmək bu imiş...”
Bizi izləyin

Magazin1

Damla ciddi sarsıntı keçirdi: “Nəfəs ala bilməmək bu imiş...”

“Gözləmək qədər bərbad bir duyğu yoxdur. Artıq səbrimin son damlalarını yaşayıram. Hər sabah bir ümid, bir işıqla oyanırsan... Amma yenə də ümidlərin puça dönür”.

Publika.az xəbər verir ki, bu sözləri koronavirus pandemiyası səbəbi ilə Rusiyadan Azərbaycana qayıda bilməyən müğənni Damla sosial şəbəkədə yazıb. Səbrinin tükənmək üzrə olduğunu deyən ifaçı ciddi sarsıntı keçirdiyini etiraf edib:

“Evinə dönmək üçün saatları sayırsan. Əlindən heç nə gəlmir deyə, yenidən növbəti günləri hesablamağa başlayırsan. Bu gün yenə də balamı, anamı görmədim deyə yastığımı qucaqlayıb ağlayıram. Nəfəs ala bilməmək bu imiş demək... Çox darıxıram”.

Məlumat üçün bildirək ki, mart ayında toy üçün prodüseri Şamil İbrahimovla Moskvaya gedən Damla koronavirus pandemiyası səbəbilə sərhədlər bağlandığından Vətənə qayıda bilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm