Emin Ağalarov Azərbaycan dilində MAHNI OXUDU - VİDEO
Bizi izləyin

Magazin1

Emin Ağalarov Azərbaycan dilində MAHNI OXUDU - VİDEO

Azərbaycanın Xalq artisti, müğənni və bəstəkar Emin Ağalarov Böyük Vətən Müharibəsi qələbəsinin 75 illiyinə həsr olunmuş “Bütün dillərdə Qələbə Günü” onlayn kampaniyasında iştirak edib.

Publika.az xəbər verir ki, Xalq artisti bu gün münasibətilə sosial şəbəkədə videotəbrik ünvanlayıb.

“Əziz dostlar, 9 May - Qələbə Günü hamımız üçün bayramdır. Bu il 75 illik yubileyi şərəfinə beynəlxalq musiqi layihəsi reallaşdırılır. 9 May, Qələbə Diktant veb saytına daxil olun, Qələbə Gününün karaoke versiyasını daxil edin, bir dil seçin, mahnı oxuyun və sayta yükləyin. Mən öz doğma Azərbaycan dilimdə mahnı oxuyacağam”, - deyə Emin Ağalarov İnstaqram səhifəsində paylaşdığı videoda bildirib.

Karaoke aksiyası çərçivəsində müharibə haqqında məşhur “Qələbə Günü” mahnısını müxtəlif dillərdə ifa etmək mümkündür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm