"Toppuş bacı"dan ÜZÜCÜ XƏBƏR
Bizi izləyin

Magazin1

"Toppuş bacı"dan ÜZÜCÜ XƏBƏR

"Həkimin məsləhəti ilə kimya terapiya alacam. Artıq orqanizmim bu müalicələrə tab gətirə bilmir".

Publika.az "Bizimləsən" verlişinə istinadla xəbər verir ki, Əməkdar artist Tünzalə Əliyeva yenidən xərçəng xəstəliyinə tutulduğunu bildirib.

"Təəssüf ki, yenidən xərçəng xəstəliyinə yoluxmuşam. Bu dəfə böyrək damarlarımda xərçəng törəmələri çıxıb. Yenə də ayaq üstəyəm. Çalışıram ki, yaxşı olum. İki ilə yaxın limfalarda olan şişlərdən müalicə aldım. İstənilən nəticəyə gəlib çıxdıq. Yenə həkimin məsləhəti ilə kimya terapiya alacam, məcburam. Qanım da aşağıdır. 1 ay içində 150 iynə vurulub. O qədər ağır hallar keçirirəm ki, orqanizmim tab gətirmir. Hazırda vəziyyətim yaxşı deyil", - deyə, Əməkdar artist bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm