Xalq artisti verilişə velosipedlə gəldi - VİDEO
Bizi izləyin

Magazin1

Xalq artisti verilişə velosipedlə gəldi - VİDEO

Xalq artisti Səməd Səmədov Fatmayı kəndində yerləşən bağından Xəzər TV-yə velosipedlə gəlib.

Publika.az xəbər verir ki, sənətçinin telekanalın həyətinə velosipedlə daxil olması “5/5” proqramında nümayiş olunub.

Aparıcı Zaur Kamalın verilişində qonaq olan 73 yaşlı sənətçi studiyaya girəndə “Fatmayıdən gəlirəm. Zaur, 100 manatımı ver. Mənimlə mərcə girmişdin ki, bağdan velosipedlə gələ bilərsən, ya yox. Şahidlər də var, uduzmusan” sözlərini deyib.

Zaur isə öz növbəsində “Pul söhbəti olmasın. Qonaqlıq verərəm” cavabını verib. / Unikal.org

Oxumağa davam et
Reklam
Reklam

Gündəm