Magazin1
Sevil və Sevinc restoran açırlar - VİDEO
“Ruletlər bişirib “Instagram”da satırıq. Bir ruletin qiyməti 20 manatdır”.
Publika.az xəbər verir ki, bu sözləri şou-biznesin məşhur əkiz bacıları Sevil və Sevinc Səfərovalar “ATV Maqazin 10larla” proqramında deyiblər.
Adlarını şou-biznesdə təsdiqləyən müğənnilər, qənnadçılığa baş vurublar: Sevinc bu barədə fikirlərini bölüşüb:
“Ruletlərin hazırlanmasına ərzaqlar çox gedir - istər ədviyyat olsun, istərsə də kərə yağı. Butik restoran açmaq niyyətindəyik. Orada müştərilərə ev yeməkləri təqdim olunacaq. Həmin yeməkləri də bacım Sevil bişirəcək. Menyuda əsas da sarı plov olacaq”.
Sevil də öz aşpazlıq qabiliyyətindən danışıb:
“Bəzi aşpazlar kimi bişirdiyim təamların reseptlərini bölüşməyəcəyəm. Öləndə də onların bişirilmə qaydasını özümlə aparacağam”.
Qeyd edək ki, Sevil və Sevinc Səfərova bacılarının şəhərin mərkəzində ayaqqabı butikləri və gözəllik salonları var. / Oxu.az
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!