Nura Suri: “Toy olmasın, müğənnilər acından ölsün deyirlər”
Bizi izləyin

Magazin1

Nura Suri: “Toy olmasın, müğənnilər acından ölsün deyirlər”

“Bəzi insanlar görəndə ki, kimsə onların yazdığı fikirlə razı deyil, əks fikirlidir və haqlıdır, həmin adamın sözlərini təhrif etməyə başlayır. Belə insanlardan qorxmaq lazımdır. Onlar rahat şəkildə sizi şərləyə bilərlər. Çox açıq və başa düşülən formada yazdım ki, niyə başqa söyənlərə reaksiya vermirsiniz? Hər gün məşhurlar haqsız səbəbdən söyülürlər, təhqir olunurlar. Dəfələrlə polisə şikayət etmişəm, həmin söyüş söyənlər gəlib orada üzr istəyib, ağlayıblar. Mənim də ürəyim dözməyib, ərizəmi geri götürmüşəm”.

Publika.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri instaqramda yazıb. O, sosial şəbəkələrdə bəzi izləyicilərin sənət adamlarına qarşı bu cür rəftarını kəskin tənqid edib:

“Təhqir yazanlar kasıb övladıdır, ya varlıdır biz bilmirik. Heç bir fərqi yoxdur hansı ailədə tərbiyə alıb. Öz səhifəsində söyüş söyən insanı izləmirəm, tanımıram. Sözlərimin mənasını dəyişmək lazım deyil. Nə dediyimi gözəl anlayırsınız. Bura ən az 5 səhifənin linkini qoya bilərəm: hansılar ki, tanınan və hörmətli insanların ünvanına hər gün açıq şəkildə söyüşlər və təhqirlər yazırlar. Guya görməmisiniz? Niyə qınamırsınız? Ədalətli olmaq çox çətindir? Ölkədə bir hadisə olan kimi başlayırsınız bir bəhanə ilə müğənniləri qınamağa. Asteroid də gəlsə, deyəcəksiniz ki, müğənnilərin ucbatından oldu. “Toy olmasın, müğənnilər acından ölsün” yazanlar az deyil. Niyə qınamırsınız belələrini? Niyə haqqın tərəfində olmursunuz? Niyə müdafiə etmirsiniz? İnsanın vicdanı, insafı, qanacağı, tərbiyəsi varsa var, yoxdursa yoxdur. Bu xüsusiyyətlərin onun sənəti və peşəsi ilə heç bir əlaqəsi yoxdur.

Bəzi kişilər isə sosial şəbəkələrdə qeybət etməzdən öncə düşünsələr onlar üçün yaxşı olar. Özünüzü həyətdə oturub tum çırtlaya-çırtlaya qeybət edən qadınlara bənzətməyin. Çox pis görünür. Həmişə mərd olun. İnsaflı və vicdanlı olun. Bu çox vacibdir.

Bir də “bu müğənnilər xalqın pulu ilə varlanıb” cümləsini işlətməyin. Gülünc görünürsünüz. Müğənni oğurluq etmir, rüşvət almır. Halal pulunu azanır. Müğənni tanınıb sevilmək üçün işləyir, əziyyət çəkir, pul xərcləyir. Mahnıya, klipə, geyimə, stilistə, menecerinə, mətbuat katibinə, reklamına və s... Kiçicik beyninizə uyğun mənasız şərhlərinizi özünüzə saxlayın. Məşhurların ünvanına söyüşlərinizi və təhqirlərinizi özünüzə aid edin. Biz sizi tanımırıq. Kimliyiniz bizə məlum deyil. Sözləriniz isə sizin özünüzü əks etdirir. Kim mənə nə arzu edirsə, haqqımda nə düşünüb, danışırsa özünə qaytarıram. Allah düşüncənizə görə min qat artığını yetirsin”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm