Magazin1
Emin Ağalarov koronavirusa yoluxub - VİDEO
Video əlavə olunub.
xxx
Xalq artisti, tanınmış iş adamı Emin Ağalarov sensasion açıqlama verib.
Publika.az xəbər verir ki, Azərbaycanın xalq artisti koronavirusa yoluxduğunu, amma bunu mediadan gizlətməyə məcbur olduğunu etiraf edib
E.Ağalarov opera müğənnisi Yusif Eyvazovun İnstaqramda etdiyi canlı yayımda qonaq olub. O, verdiyi müsahibədə xəstəliyə yoluxduğunu, amma adının ətrafında çoxsaylı şayiələri artırmamaq üçün bu xəbəri gizlətdiyini deyib.
E.Ağalarovun sözlərinə görə, xəstəlik səbəbindən kifayət qədər ciddi imtahandan keçib. Həyatında heç vaxt tək qalmadığını deyən müğənni xəstəlik səbəbindən iki həftə özünü izolyasiya etmək məcburiyyətində qalıb.
"40 il ərzində ilk dəfə özümlə tanış oldum", - deyə, musiqiçi izolyasiyada keçirdiyi vaxta işarə edərək zarafatından da qalmayıb.
Ağalarov xəstəlik zamanı qanında əmələ gələn antikorların onu bundan sonra koronavirus infeksiyasından qorumağa imkan verəcəyinə inandığını bildirib.
O, xəstəlik səbəbindən uşaqları ilə məsafəli görüşdüyünü, onlar üçün darıxdığını söyləyib. / Musavat.com
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!