Brilliant Dadaşova video paylaşıb ağır sözlər dedi - "Elə üzdəniraqlar..."
Bizi izləyin

Magazin1

Brilliant Dadaşova video paylaşıb ağır sözlər dedi - "Elə üzdəniraqlar..."

Xalq Artisti Brilliant Dadaşova sosial şəbəkəələrdə onun barəsində yayılan videoya cavab verib.

Publika.az xəbər verir ki, instaqram səhifəsində Buzovna qəsəbəsindən video çəkən və videoda danışan müğənni haqqında gəzən söz-söhbətlərlə bağlı sərt reaksiya verib.

B.Dadaşova qeyd edib: “Səsi kişi səsidir, amma özü qadın. Bu yaxınlarda mənə bir video göndəriblər. Bir kişi qadınlar kimi dedi-qodu edir, şər-böhtan, hər şey... Videoda o deyir ki, guya məni Bilgəhdəki bağdan götürürmüş. Görünür ki, o insanın Bakının 32 kəndi haqqında anlayışı yoxdur. Bilgəh ilə Buzovna başqa yerdir. Bizim Bilgəhdə heç vaxt bağımız olmayıb. Heç bir gün orada qonaq da qalmamışıq. “Əvvəl kəndimiz Buzovnada, damda yatırdıq, səhər 6-da gün düşürdü, məcbur aşağı enirdik. İndi internet dövrü gəldi. İnternetdə üzdəniraq elə insanlar gördük ki…”

Bunları ona görə deyirəm ki, yalançı hekayələri danışanda gerçəkləri bilin! Sizə qulaq asanlar yalnız özünüz kimi olanlar deyil. O biri deyir ki, bunlar beş-altı bacı idilər. Biz dörd bacıyıq. O dəqiqə bilinir ki, qondarma, yalançı hekayələrdir.

Biri də deyir ki, guya məni kimsə Xalq artisti edib. Buna görə guya mən kiminləsə görüşmüşəm. Səhnəyə çıxdığımdan 23 il sonra “Xalq artisti” adı aldım. İstedadım olmasaydı, peşəkar musiqiçilər, müğənnilər yetişdirməsəydim, sənətdə yeni səhifə açmasaydım belə, əmim Məlik Dadaşov heç olmasa mənə “Xalq artisti” adı verdirərdi. Cəfəngiyyat söhbətlər danışırlar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm