Nigar Camalın sosial şəbəkələrdə yayılan VİDEOSU barədə AÇIQLAMA
Bizi izləyin

Magazin1

Nigar Camalın sosial şəbəkələrdə yayılan VİDEOSU barədə AÇIQLAMA

“Bir neçə gündür sosial şəbəkələrdə Nigar Camalın videosundan istifadə edərək qumar oyunu reklam olunur. Dələduzluqla məşğul olan bu “application” sahibləri insanları aldadaraq onların pullarını mənimsəyir”.

Publika.az xəbər verir ki, bu barədə ulduzun mətbuat katibi Pərviz Hüseyn məlumat verib.

Məşhurun adından istifadə edərək dələduzluqla pul qazanan şirkəti ifşa edən P.Hüseyn sözlərinə belə davam edib:

“Hər kəsi diqqətli olmağa, belə oyunlara aldanmamağa çağırırıq. Sözügedən reklamın Nigar Camalla heç bir əlaqəsi yoxdur. İcazəsiz formada görüntülərdən öz piarlarını aparmaq üçün istifadə ediblər. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişik. Reklamı yerləşdirən şirkət cəzalandırılacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm