Nailə İslamzadənin səfirlə möhtəşəm RƏQSİ – VİDEO
Bizi izləyin

Magazin1

Nailə İslamzadənin səfirlə möhtəşəm RƏQSİ – VİDEO

Tanınmış aparıcı, Əməkdar incəsənət xadimi Nailə İslamzadənin Azərbaycanın Malayziyadakı sabiq səfiri Tahir Kərimovla rəqsi yayılıb.

Publika.az xəbər verir ki, sözgedən görüntüləri aparıcı öz instaqram hesabında paylaşıb.

O, 2008-ci ilə aid olan kadrlar barədə təəssüratlarını belə ifadə edib: “Uzaq Kuala Lumpurda bir ay ərzində, Multimedia üzrə biliklərimi təkmilləşdirmək üçün Rabitə Nazirliyinin xətti ilə Afrika, Avropa, Fici adaları, Ərəb ölkələri və s. xalqların nümayəndələri olan kursa qatılmışdım. Bağlanış və sertifikat verilmə mərasiminə həsr olunan ziyafətə Malayziyanın Nazirlər Kabineti kursda nümayəndəsi olan ölkələrin səfirlərini də dəvət etmişdi. Hər ölkə öz incəsənət və mədəniyyətini nümayiş etdirirdi.

Azərbaycanın o zaman Malayziyadakı fövqaladə və səlahiyyətli səfiri Tahir Kərimov ziyafətdə iştirak edən bütün səfirlərdən yaxşı rəqs etdi”.

Aparıcının səfirlə milli musiqidə rəqsi böyük maraqla qarşılanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm