Magazin1
Nura Suri son nöqtəni qoydu: “Saçları taxma, dodağı şişirdilmiş, dişləri süni...”
“Bu çipdən qorxan insanları başa düşmürəm. Lap elə götürək ki, biz gicik, siz ağıllı. Sizi öldürmək üçün niyə çipləşdirsinlər ki? Guya istəsələr, daha ucuz vasitə ilə bunu edə bilməzlər ki? Keçək mövzuya...”.
Publika.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. O, bədənini estetik əməliyyat və kosmetoloji müdaxilələrlə dəyişdirmiş insanların çipləşdirmə mövzusuna inanmasını tənqid edib:
“Qaşı tatu, dırnaqları süni, saçları taxma, döşü, arxası qoyma, dodağı şişirdilmiş, dişləri süni (unitaz rəngində), qarnındakı presi düzəlmə, kitab üzü açmayan, əlinizdəki telefonla, sosial şəbəkələrlə, dəblə idarə olunan insana bənzər robotlar - siz nədən qorxursunuz? 50 ildən sonra torpaqdan neft yox, silikon çıxacaq xəbəriniz olsun. Əlinizdəki telefonda həm səsiniz, barmaq iziniz, üzünüz, həm də dostluq etdiyiniz insanlar, getdiyiniz məkanlar, sizi maraqlandıran mövzulara kimi qeyd olunub, sistemə salınıb. Sizə çip niyə qoyulsun ki? Peyvənd olunar maksimum, o da ki anadan olunandan vurulur onsuz da. Heç tərkibini də doğru-düzgün bilmirsiniz. Nə oldu ki, birdən həşirə düşdünüz? Sən Allah kitab oxuyun, bir az maariflənin ki, robot olmayasınız. Öldüm day sizə yazmaqdan”.
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi