Tünzalə Ağayevadan Bəhram Bağırzadəyə ismarış - "SƏN ÖZÜNƏ..."
Bizi izləyin

Magazin1

Tünzalə Ağayevadan Bəhram Bağırzadəyə ismarış - "SƏN ÖZÜNƏ..."

Xalq artisti Tünzalə Ağayeva "Planet Parni iz Baku" komandasının İnstaqramda yayımlanan 2+1=4 adlı yeni layihəsində qonaq olub.

Teleqraf.com xəbər verir ki, Tünzalə Ağayeva koronavirusa görə Mərkəzi Gömrük Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən əməkdar artist Bəhram Bağırzadə haqqında danışıb:

"Bu gün Bəhram Bağırzadənin belə vəziyyətə düşməsi, xəstələnməsi hamımızı sarsıtdı. Əslində, içim ağlayır. Bəhramın simasında bu bəlaya yoluxan hər bir insana üzülürük. Niyə bu vəziyyətə gəldik? Biz buna hazır deyildik. Bəhram inşallah, tezlikə ayağa qalxacaq. Bu gün onun stabil vəziyyəti qoruna bilirsə, bu bizim ümidimizdir.

Biz cəmiyyət olaraq biri-birimizi itirməyə imkan verməməliyik. Biz gərək ölək, bu dünyadan itək ki, haqqımızda danışsınlar... Niyə bizi itirib, sonra haqqımızda danışmalıdırlar?

Allaha dua edirəm ki, onu ailəsinə, vətəninə bağışlasın. Bəhramın hələ nə qədər arzuları, layihələri var. Arzu edirəm ki, tezliklə sağalsın və aramıza qatılsın. Amma ondan bir şeyi xahiş edirik, özünə baxsın!

Bəhram, sən özünə baxmadın. Özünə baxmadığın üçün o qədər həssaslaşdın ki, yanından külək keçən kimi xəstələndin.

Bəhramın ailəsinə təmkin, güc diləyirəm. Anası, həyat yoldaşı, övladları onun yolunu gözləyirlər".

Qeyd edək ki, Bəhram Bağırzadə iyunun 13-dən xəstəxanaya yerləşdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm