Xoşqədəm Baxşəliyeva: "Xəyanətini mənə etməsə də..."
Bizi izləyin

Magazin1

Xoşqədəm Baxşəliyeva: "Xəyanətini mənə etməsə də..."

“Əsla yalan söyləmə. Yalan söyləyən içində yaxalanmaq qorxusuyla yaşayan oğru kimidir. Nə gözəl deyilmiş, bağışlamadığım insanlar yalan danışan və sənə sahib çıxanlara xəyanət edənlərdir!”

Publika.az xəbər verir ki, bu sözləri “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Baxşəliyeva “İnstagram” hesabında qeyd edib.

Yalan danışan və xəyanət edən insanlarla bağlı fikilərini bölüşən aparıcı belə insanlarla mübarizə yollarını da izləyiciləri ilə bölüşüb: “Ən sevdiyim insan olsa belə, o yalanı mənə danışmasa belə, xəyanəti də mənə etməsə belə, yenə eyni addımı ataram. Elə insandan uzaq duraram, yanımdadırsa belə, mədəni şəkildə yola salaram. Mənə görə yalan danışan insan və çevrəsinin danışdıqlarının yalan olduğunu bildiyi halda, yalanları danışmaqda davam edən şəxs təhlükəlidir! İstək və maraqları üçün bütün yollara əl atar. Ona görə də sizə məsləhətim - ətrafınızda belə biri varsa, mənim kimi mədəni şəkildə yola salın”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm