Magazin1
Koronavirusa meydan oxuyan KLİP
Koronavirusa meydan oxuyan KLİP - Şou-biznesdə Sivva kimi tanınan bəstəkar-müğənni Sevinc Ağasıyeva və rejissor Cavid Oruclunun (Delee) yeni dueti işıq üzü görüb. “İnsan oğlu” adlanan mahnının sözləri Şahrun Süleymanovaya, musiqisi Sivvaya, aranjimanı isə Rübail Əzimova aiddir.
Publika.az xəbər verir ki, bu mahnı pandemiya dövründə bütün bəşəriyyətə və insan oğluna həsr olunub. Klipdə Mikelancelonun məşhur “Adəmin yaradılışı” rəsmindəki Tanrı və Adəmin bir-birinə uzanan barmaqları da bədii formada nümayiş olunub. Layihənin ümumi konsepsiyası isə belədir: Acizlik tam məğlubiyyət deyil. Dərindən nəfəs alıb, güc toplayıb irəliləmək mümkündür. Fəqət, əgər ciyərlərinə adı hətta KORONA olan virus bulaşıbsa, boğulursansa, bir anlıq düşün: Axı sən kimsən? Mikelancelonun məşhur “Adəmin yaradılışı” rəsmini xatırla. Orada Tanrı yaşlı, ağ saqqalı, ağ plaşa bürünmüş kişi kimi, Adəm isə ondan solda və bir qədər aşağıda tamamilə çılpaq kişi kimi göstərilib.
Düşün ki, həmin Adəm kimi sən də əlini elə indi Tanrıya uzatsan, yenidən həyata qayıda bilərsən və ciyərlərin rahat nəfəs alar. Qorxma, qalx, əlini Tanrıya uzat və həyata davam et! Axı sən İNSAN OĞLUSAN...
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu