• USD 1,7000 0,00% EUR 2,0120 0,00%
    • GBP 2,2300 0,00% RUB 0,0232 0,00%

Məşhurlar başsağlığı verdi - “Bu, heç də təsadüf deyil”

  • Magazin1
  • 13 İyul 2020 10:25
  • 2 035 Baxış
Məşhurlar başsağlığı verdi - “Bu, heç də təsadüf deyil”

Xəbər verdiyimiz kimi, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları - müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu, hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu və baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.

Publika.az xəbər verir ki, Xalq artistləri, tanınmış sənət adamları bu ağır gündə xalqımıza dəstək olmağa çalışıb. Onlar sosial şəbəkələrdə şəhidlərimizin fotolarını paylaşaraq ailələrinə başsağlığı verib.

Xalq artistləri Brilliant Dadaşova, Aygün Kazımova, Faiq Ağayev və başqaları kədərini izləyiciləri ilə paylaşıb:

Brilliant Dadaşova: “Gecə vaxtı kaş bu xəbəri heç görməyəydim... Vətən sağ olsun. Yenə də başımız sağ olsun”.

Aygün Kazımova: “Allah şəhidlərimizə rəhmət eləsin, ailələrinə, doğmalarına səbr versin! Yaralı əsgərlərimiz tezliklə sağlamlıqlarına qovuşsunlar inşallah, Vətən sağ olsun”.

Faiq Ağayev: “Bu, heç də təsadüf deyil. #12iyul, 12/07/1988 - 32 il öncə, məhz bu tarixdə Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycandan ayrılmağı haqda bəyanat qəbul etdi. Məhz 12 iyul tarixində. Başın sağ olsun, Vətən”.

Əməkdar artist Aybəniz Haşımova: “Sizin qəbirə girən çağınız deyildi şəhidim... Sizə bu hökmü taleyinizə yazanlara Allah qənim olsun”.

Nadir Qafarzadə: “Vətən Sağ olsun! Allah sizə rəhmət etsin şəhidlər”.

Kamil Zeynallı: “Vətən sağ olsun! Allah şəhidlərimizə rəhmət eləsin.... Yaralı əsgərlərimizə Allah şəfa versin”.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR