Xalq artisti hər kəsin qarşısında oğlundan üzr istədi: “Quru böhtandan qoruya bilmədim” - - VİDEO
Bizi izləyin

Magazin1

Xalq artisti hər kəsin qarşısında oğlundan üzr istədi: “Quru böhtandan qoruya bilmədim” - - VİDEO

“Dostlar, aman-zaman uşağımı da şər-şeytandan, quru böhtandan qoruya bilmədim. Oğlum, məni bağışla, kaş sənə əvvəldən “milli xüsusiyyətlərimizə” çevrilmiş sözbazların, iftiraçıların, paxıl ünsürlərin nisbətən çoxluq təşkil etdiyini balacalıqdan izah edəydim”.

Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova instaqramda yazıb. Oğlu ilə illər əvvəl çəkilən video kadrları paylaşan sənətçi pandemiyanın tezliklə başa çatmasını arzu edib:

“Hamımızın balasını Allah qorusun, bəndə kimdir ki... Bəli, xalqımız 30 ildir şəhid verir. Məncə, hər birimiz həyatın, təbəssümün dəyərini daha çox bilməliyik. Mən bu qəhqəhəni atanda 2000-ci il idi. Heç narahat olmayın! Çətin dünyanı sarsıdan bu pandemiyadan sonra hansımızsa belə qəhqəhə ataq...”.

Məlumat üçün bildirək ki, Xalq artistinin oğlunun bu yaxınlarda karantin qaydalarını pozaraq məşhur hotellərin birində dincəlməyə gedənlər haqqında yazdığı yumorist paylaşımı tənqid edilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm