"Xristian kilsələrində şam yandırdınız və..." - Bəhram Bağırzadə
Bizi izləyin

Magazin1

"Xristian kilsələrində şam yandırdınız və..." - Bəhram Bağırzadə

"İlk növbədə həkimlərə, daha sonra sağalmağım üçün dua edən hər kəsə təşəkkür edirəm. Həyata qayıtmaq istidən yanan sonsuz bir səhrada yol getmək kimi idi. Sonunda məni təmiz su axınları qarşıladı. Bunlar dualarınızdır, əziz dostlarım".

Publika.az xəbər verir ki, bu sözləri Əməkdar artist Bəhram Bağırzadə sosial şəbəkədə yazıb.

Koronavirus infeksiyası ilə mübarizə aparan aktyor səhhətinin yaxşılığa doğru getdiyini bildirib: "Namaz əsnasında məscidlərdə və evdə mənim üçün dua etdiniz, xristian kilsələrində şam yandırdınız, sinaqoqların müdrik sükutunda yaradana səsləndiniz. Hətta heç bir dinə etiqad etməyənlər o qədər isti, səmimi sözlər söylədilər ki, mənim üçün onlar da bir dua oldu. Tanış və dost olduğum hər kəsə çox təşəkkür edirəm! Tanımadığım insanlara xüsusi təşəkkür edirəm, çünki dualarınız və dəstəyiniz mənim üçün insan mehribanlığının ən təsirli, parlaq və əvəzolunmaz təzahürü oldu. Tanrı sizi hər zaman qorusun. Sizə və sevdiyiniz hər kəsə can sağlığı diləyirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm