Xatirə İslamdan müğənnilərə MÜRACİƏT
Bizi izləyin

Magazin1

Xatirə İslamdan müğənnilərə MÜRACİƏT

Müğənni Xatirə İslam sənət yoldaşlarını sosial şəbəkələrdə yayılan xəbərlərə inanmamağa səsləyib.

Publika.az xəbər verir ki, bu barədə instaqramda status yazan sənətçi üzünü həmkarlarına tutaraq bunları deyib:

“Bir-birimizin adı ilə bağlı istənilən səhifədə cəlbedici, sizi mənə qarşı qıcıqlandıran başlıqlarla yazılar gördüyünüz zaman ilk olaraq mənim səhifəmə daxil olun, araşdırın. Öz səhifəmdə hər şeyi çalışdığım qədər aydın yazıram. Tam aydın olmasa, özümə zəng edin”.

Qeyd edək ki, müğənninin bundan əvvəlki paylaşımı və professora cavabı da sosial şəbəkələrdə müzakirə mövzusu olmuşdu:

“Ağsaqqal professor deyib ki, müğənnilər özlərinə başqa iş tapsın. Siz başqa sahədə çalışan insanlara bu sözü necə deyə bilərsiniz? Necə yəni başqa iş? Toy musiqiçinin şənlənmək yeri deyil, iş yeridir. Akademiyaya sizin iş yeriniz olduğunuz kimi, musiqiçi də toya işə gedir. Bu sənətə niyə bu qədər dırnaqarası baxırsınız? Bunun da günahı bizdədir, düz edirsiniz. Biz hər şeyə illərlə dözərik, amma sənətimizi alçaltmayın”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm