Aynişan ilk dəfə boşanmalarından DANIŞDI: Nə mən, nə də həyat yoldaşım... - - FOTO/VİDEO
Bizi izləyin

Magazin1

Aynişan ilk dəfə boşanmalarından DANIŞDI: Nə mən, nə də həyat yoldaşım... - - FOTO/VİDEO

Video əlavə olunub.

xxx

Əməkdar artist Aybəniz Haşımovanın instaqramda bloger kimi tanınan qızı Aynişan Quliyeva ilk dəfə həyat yoldaşı Kənan Əliyevdən ayrılması xəbərlərinə münasibət bildirib.

Publika.az xəbər verir ki, Aynişan həyat yoldaşından ayrılığını yeni açılan mağazasının reklam məqsədi daşıması ilə bağlı səsləndirilən iddiaları rədd edib.

O, bunu “qara piar” adlandıranlara cavab olaraq bildirib ki, heç bir reklama ehtiyacı yoxdur:

“Səhifəm Azərbaycanın ən güclü səhifələrindən biridir. Nə heç bir qalmaqala qarışmışam bu günə kimi, nə də heç bir məşhurla sırf reklam olunum deyə, dostluq etmişəm. Yeni layihəm olan mağazamın tanıtımı üçün isə nə heç kimin reklamına, nə də özümü bu qədər ucuz reklam etməyə ehtiyac duyuram.

Dəqiq bilmək istəyirsinizsə, elə o paylaşan səhifələr mənim hesabıma özünə reytinq toplamağa çalışır. Bu günə kimi nə mən, nə də həyat yoldaşım heç bir açıqlama verməmişik. Çünki hər bir açıqlama yeni bir mövzudur. “Instagram” və “Facebook” hesabımdan başqa heç bir hesabım yoxdur.

O ki qaldı, kim kimi “unfollow” etdi, kim kimin şəklini sildi, məncə, bu, dünyada baş verən qlobal problem deyil. Hər ikimiz ailə tərbiyəsi görmüş, mədəni və sivil insanlarıq. Mənə görə narahat olan, yazıb dəstək olan insanlar, siz çox yaxşı insanlarsınız. Sizin dəstəyinizin əvəzi yoxdur. Öpürəm o gözəl qəlbinizdən”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm