Nura Suridən həyat dərsi: “Artıq olursa, onu qula çevirir”
Bizi izləyin

Magazin1

Nura Suridən həyat dərsi: “Artıq olursa, onu qula çevirir”

“Yorğunluq, qorxu (itirmək qorxusu və s.), paxıllıq, nifrət, məyusluq, çarəsizlik, asılılıq da SEVGİdən doğur. Həyata, pula, kişiyə ya qadına, övladına və valideyninə, işinə, sənətinə, təbiətə, canlılara olan sevgi insanın özünə olan sevgisindən artıq olursa, onu qula çevirir”.

Publika.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri instaqramda yazıb. Pandemiyadan dolayı səhnədən uzaq düşməyə məcbur qalan müğənni başqa birinə duyulan hədsiz sevginin insanı uçuruma apara biləcəyini qeyd edib:

“Sevgi nə qədər gözəl görünsə də, artıq düşəndə nəticəsi yaxşı olmur. Sevgi şəkər kimidir, normada qəbul olunmalıdır”.

Xatırladaq ki, sənətçi hazırda DCS MMC Şirkətində Reklam Və İctimai Əlaqələr Şöbəsinin Müdiri vəzifəsində çalışır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm