• USD 1,7000 0,00% EUR 2,0173 +0,15%
    • GBP 2,2026 -0,01% RUB 0,0225 -0,89%

Çingiz Mustafayevdən SENSASİON AÇIQLAMA: “Qadınlar özlərini o qədər ucuz...” - VİDEO

  • Magazin1
  • 15 Avqust 2020 13:19
  • 1 998 Baxış
Çingiz Mustafayevdən SENSASİON AÇIQLAMA: “Qadınlar özlərini o qədər ucuz...” - VİDEO

“Uzun zamandır dərindən analiz edərək özüm üçün kəşf etdiyim bir teoriyam var. Bu həyatda hər şey nisbidir. Xoşbəxtəm. Kimə görə? Kimlə isə müqayisə etməyə başlayanda görürsən ki, çox şanssız bir insansan. Ya da tam əksi, olduqca şanslısan”.

Publika.az xəbər verir ki, bu sözləri müğənni Çingiz Mustafayev instaqramda yazıb. Saqqalsız fotosunu paylaşan ulduz gözütox insan olduğunu və bu hissin onu xoşbəxt etdiyini bildirib:

“Mənim üçün bu həyatda ən müqəddəs hiss şükür hissidir. Hərdən o qədər çox dərk edirəm ki, şükürlü olduğumu, beynimə qorxu hissləri gəlməyə başlayır ki, birdən həyatımdakı harmoniya pozular və bu anda gözlərim dolmağa başlayır, çünki bu hiss dünyanın ən gözəl hissidir, anlayıb, duya bilən üçün.

Dostlar hər zaman şükür edin və yerinizdə dayanmayın. Daima öz üzərinizdə çalışın, özünüzü kəşf edin və zehninizdə ayaq basmadığınız əraziləri kəşf edib, ora səyahət edin. Həyata daha dərindən, fərqli pəncərələrdən baxmağa çalışın”.

Eyni zamanda sensasion video paylaşan ifaçı 8 Martda qadınlara ünvanladığı təbrikinə aydınlıq gətirərək kişi və qadın münasibətlərindən söz açıb:

“Bizim kişilər avropalı kişilərlə müqayisədə daha temperamentlidir və daha çox qadına düşkündür. Məncə, bu, pis bir şey deyil. Təəssüf ki, hərdən bəzi kişilər qadınlardan istifadə edirlər. Və bu, heç də yaxşı hal deyil. Bir qızın yetişməsi, böyüməsi və layiqli bir peşəyə sahib olması üçün ailəsi tərəfindən illərlə nə qədər zəhmət sərf olunur. 8 Martda söylədiyim təbrikdə bunları nəzərdə tutmuşam, qadınlara demək istəmişəm ki, aldanmayın, istifadə olunmayın. Söz verirlər ki, ev alacam, maşın alacam, bizdə kişilər xoşlayırlar axı restorana girəndə pul kisəsini masanın üzərinə qoymağı. Psixoloji baxımdan analiz etsək, qadın üçün pullu kişi güclü kişi deməkdir. İlk insan yaranan dövrdən belə olub. İnstinkt baxımdan düşünür ki, uşağımın atası ola bilər.

Qadınlara gəldikdə, təəssüf ki, onlar da bugünkü gündə əlçatan olublar. Kişilərin gözü ilə baxanda vəziyyət çox acınacaqlıdır. Özlərini çox ucuz göstərirlər, instaqram çıxandan bəri vəziyyət daha da bərbad olmağa başlayıb. Artıq hər şeyə normal baxmağa başlamışıq. Qadın poposunun şəkillərini çəkib qoyur, paylaşdığı videoda əxlaqsız sözlər danışır və s. Bunlara normal baxmağa başlamışıq, bəs bu “normal” yanaşma bizi hara aparır? Bu məsələlər məni çox düşündürür... Azərbaycanlı olduğum üçün belə olmasını istəməzdim”.

Müğənni hesab edir ki, müasirlik geyimlə deyil, intellektlə ölçülməlidir:

“Açıq-saçıq geyinmək müasirlik deyil. Bunun başqa adı var, səsləndirmək istəmirəm. İnsan yerində qısa geyinib gözəl görünə bilər. Amma yeri gəldi-gəlmədi geyinən özünü satışa qoyub. Cavan oğlanlardan heç danışmaq istəmirəm. Bunun atası, qardaşı, əmisi hara baxır?

Cavan oğlanlar baxırsan “Tik-Tok”da... Deyirsən, bu niyə belə edir, necə geyinir: dodağını dişləyir, göz süzdürür. Düşünürsən ki, bu evlənəcək, uşağına nə tərbiyə verəcək? Böyük danışıram, bəli.

İstəyirəm xanımlarımız öz ayaqları üstündə dursunlar, kiməsə möhtac olmasınlar, nələrləsə öyünməsinlər: fılankəslə görüşürəm, maşınım, evim var. Oxusunlar, xaricə getsinlər”.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR