Elza Seyidcahandan ŞOK AÇIQLAMALAR: “Hər yerlərini açırlar...”
Bizi izləyin

Magazin1

Elza Seyidcahandan ŞOK AÇIQLAMALAR: “Hər yerlərini açırlar...”

“Çox qadından daha cəsarətliyəm. Karantin müddətində çoxu estetik əməliyyatlar etdirdi. Getdilər ora-buralarını kəsdirdilər, botoksla üzlərini dəyişdirdilər. Elə bildilər 2 aya karantin bitəcək, sonra yenidən kökəlməyə başladılar. Cəsarətli onlardır, yoxsa mən? Bir müğənni var ki, 30-50 dəfə əməliyyat etdirib".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan “Gündən-günə” proqramında deyib. Məşhurların tez-tes estetik əməliyyat etdirməsini tənqid edən ulduz özünəməxsus obrazından söz açıb, eyni zamanda geyimdə açıq-saçıqlığı qəbul etmədiyini bildirib:

“Elza fərqlənmək üçün sənətdə hər şeyi etdi, çılpaqlıqdan başqa. Ən böyük iyrənclik çılpaqlıqdır. Hər zaman deyilir ki, qadınlar, əzalarınızı gizlədin. Hər yerlərini açırlar. Mən onları təhqir edirəm. Burada tək müğənniləri yox, xanımları təhqir edirəm. Mənə baxıb obrazlarımı lağa qoyurlar. Özlərinə baxırsan baş, qaş, dırnaq qaynaq, qarın, sinə, dodaq, ayaq botoksdur. Məni gülüş mənbəyinə çevirirlər, amma bilmirlər ki. ağlamalı vəziyyətdə olan özləridir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm