Azərbaycanlı aktrisa Ronaldonun sevgilisi ilə eyni geyimdə qırmızı xalıya çıxdı - FOTO
Bizi izləyin

Magazin1

Azərbaycanlı aktrisa Ronaldonun sevgilisi ilə eyni geyimdə qırmızı xalıya çıxdı - FOTO

Rejissor Hilal Baydarovun ərsəyə gətirdiyi "Səpələnmiş ölümlər arasında" filmi 77-ci Venesiya Film Festivalında "Qızıl şir" mükafatı uğrunda mübarizəyə qoşulub.

Publika.az xəbər verir ki, qırmızı xalıda rejissoru aktyorlar Orxan İsgəndərli və Rәna Әsgәrova müşayiət edib.

R.Əsgərova tədbirdəki geyimi ilə diqqət çəkib. O, çəhrayı rəngin tonlarında, dərin yarıqlı, “Su pərisi” modelli don geyinib. Həmin geyim modelindən dünyaca məşhur futbolçu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodrigez də istifadə edib. Onun geyimi “Pronovias” imzalıdır.

Azərbaycanlı aktrisanın Rodrigezlə bənzər saç modelinə üstünlük verməsi də diqqətdən qaçmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm