Tolik ağlayan Nadirə YOL GÖSTƏRDİ: “Brilliantlarını satsın”
Bizi izləyin

Magazin1

Tolik ağlayan Nadirə YOL GÖSTƏRDİ: “Brilliantlarını satsın”

Xəbər verdiyimiz kimi, müğənni Nadir Qafarzadə onkoloji şiş diaqnozu qoyulmuş Əməkdar artist Gülbahar Şükürovlü üçün yardım istəyib.

Publika.az xəbər verir ki, onun bu hərəkəti heç də hamı tərəfindən birmənalı qarşılanmayıb. Prodüser Tolik müğənninin paylaşımına belə reaksiya verib:

"Səni həmişə dəstəkləmişəm, amma anlamadım, Gülbaharın pulu yoxdur? Bu qədər imkansız ailələr var. Onlar heç həkimə gedə bilmirlər. Şükür Allaha, Gülbaharın qızı, kürəkəni özünün qızıllarını, brilliantlarını satsın. Canından artıq deyil ki. Gülbahara hörmətim var. Allah tez zamanda şəfasını versin. Amma onun köməyə ehtiyacı yoxdur, maşaallah tanışları da, özünün azdan-çoxdan imkanı da var. Vay kasıbın halına ki, evində 100 manatə yoxdur uşağını həkimə aparsın". / Yenisabah.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm