Hacı Nuran: “Fəxrəddin Manafovun xəstəhal görkəmini...”
Bizi izləyin

Magazin1

Hacı Nuran: “Fəxrəddin Manafovun xəstəhal görkəmini...”

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Xalq artisti Fəxrəddin Manafovun səhhətində problem yaranmışdı.

Publika.az xəbər verir ki, aparıcı Hacı Nuran paylaşım edərək aktyorun hazırda özünü yaxşı hiss etdiyini qeyd edib.

“Dostlarımın xəstəlik xəbəri məni həmişə üzüb, onun xəstə olduğunu eşidəndə özümə yer tapmadım. Mütləq yanında olmalı, onu görməliydim. Axı o da mənim kimi narahat adam idi. Mənim xəstə olduğumu eşidən kimi gecəykən xəstəxanaya gələn o insanı qapıdan buraxmadıqlarından saatlarla gözləmişdi. “Gedin, siz Allah” desəm də o xəstəxana həyətində dayanmışdı. Çünki bilirdi ki, mən ordayam. Elə olan halda mən heç bir dəqiqə belə yubana bilərdimmi onun xəstələndiyini eşidəndə? Əlbəttə, yox. Odur ki, Fəxrəddin Manafovun qapısını həmən döydüm. Onun xəstəhal görkəmini heç görmək istəməzdim. Amma insanlıq halıdır. Xəstələnmək də olur, nasazlıq da. Vahidə xanım da üzgün idi, amma məni görən kimi hər ikisinin kefi açıldı. Danışdıq, güldük. Sağollaşanda dedi ki, sən gəldin, sağaldım. Həmişə sağlam, gümrah ol, əziz insan. Sənsiz günümüz olmasın!”, - aparıcı bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm