Yaşım çatsa, Qarabağdan mənim də səsim gələcək - Flora Kərimova
Bizi izləyin

Magazin1

Yaşım çatsa, Qarabağdan mənim də səsim gələcək - Flora Kərimova

Fəxrdən, sevincdən qəhər boğur məni. Ürəyim dağ boydadır! 2014-də yazdırdığım "Marş-Çağırış"da oxuduğum gerçək oldu! Murov zirvəsi artıq bizimdir!

Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev qeyd edib. O, sentyabrın 27-dən 28-nə keçən gecə Füzuli rayonu istiqamətində intensiv döyüşlərdə Azərbaycan Ordusunun qazandığı qələbələr barədə təəssüratlarını bölüşüb:

"Allah Qarabağı işğaldan azad edən şəhidlərimizi sevgi ilə qəbul etsin dərgahına! Var olsun şanlı Azərbaycan Ordusu! İradə, qətiyyət və cəsarətiniz üçün, bizi zəfər xəbərləri ilə sevindirdiyinizə görə minnətdarıq sizə, Cənab Ali Baş Komandanımız! Yaşasın bütöv Azərbaycan!".

"Nisgilli ürəklərin kamını alan igidlərimiz, analarımızın südü, torpağımızın südü sizə halal olsun. Uca tanrım və şəhidlərin ruhu sizi qorusun. Bizə vətənimizi və azadlığımızı bağışlayan şəhidlərimizə Allah rəhmət etsin. Hər kəsi təbrik edirəm, sevindiyimdən ağlayıram. Bu günü yaşadığım üçün xalqıma dönə-dönə şükür edirəm".

Bunu Xalq artisti Flora Kərimova qeyd edib. Sənətçi sözlərinə belə davam edib:

"Yaradana yalvarırdım ki, üzünü bizim tərəfə çevirsin. Axır ki, yadına düşdük. Dövlətimizə çox sağ ol deyib, qarşısında baş əyirəm. Hamımız, hətta sevincimiz və göz yaşımızla vətən və Qarabağ deyə bildiyimiz üçün dövlətimizə və ordumuza borcluyuq. Hələ təbriklərimiz və xoş günlərimiz qarşıdadır. Yaşım çatsa, Qarabağdan mənim də səsim gələcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm