Türkiyədə yaşayan məşhur azərbaycanlı da müharibəyə "qoşuldu" - FOTOLAR
Bizi izləyin

Magazin1

Türkiyədə yaşayan məşhur azərbaycanlı da müharibəyə "qoşuldu" - FOTOLAR

Uzun illərdir Türkiyədə yaşayan və sənət fəaliyyətinə orada davam edən azərbaycanlı müğənni Günel Zeynalova (Azəri qızı Günel) paylaşımları ilə diqqət çəkir.

Publika.az xəbər verir ki, Ermənistan ordusunun Azərbaycanın dinc əhalisinə hücum etməsindən sonra həmyerlimiz sosial media hesabında müxtəlif paylaşımlar edib.

O, Azərbaycanda və cəbhə xəttində baş verən bütün yenilikləri dərhal izləyiciləri ilə bölüşür, medianın Türkiyə seqmentinə ölkəmizdəki hadisələrlə bağlı informasiya verir.

G.Zeynalova arxivindən öz ifaları ilə Azərbaycan əsgərlərinin yanında olduğunu çatdırır, həmçinin əsgərlərimizin ifalarını paylaşır.

Qeyd edək ki, Azəri qızının təkcə instaqram hesabında 800 mindən çox izləyicisi var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm