Magazin1
Faiq Ağayev - Mərd, qüdrətli qaliblərim, bütün varlığımla yanınızdayam!

Xalq artisti Faiq Ağayev cəbhə bölgəsində döyüşən əsgərlərimizə sovqat göndərib.
Publika.az xəbər verir ki, müğənni eyni zamanda döyüşçülərimizə məktub ünvanlayıb. O, məktubu sosial şəbəkədə paylaşıb:
"Əziz, sevimli, igid qardaşlarım!
Bu günlərdə dünyanın 4 bir yanında yaşayan bütün Azərbaycanlıların duaları sizinlədir!
Mənim müzəffər, mərd, qüdrətli qaliblərim, bütün varlığımla yanınızdayam!
Bilin - Vətənimiz Azərbaycan sizin kimi qəhrəmanlar ilə fəxr edir, qürur duyur! Möhkəm dayanın, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə misli görünməmiş zəfərlər qazanın! Sizi böyük həsrət ilə gözləyən əzizlərinizə sağ-salamat qovuşun!
Allah Azərbaycan Ordusunun yar və yardımçısı olsun!
İnşaAllah, Şuşada görüşərik və mən orada əlimdə müqəddəs bayrağımız, ətrafımda siz - igidlər, ayaqyalın konsert verəcəyəm!"
Sizin,
Faiq Ağayev.

-
Sosial09:46
DİN polisin ölümü ilə bağlı açıqlama yaydı - FOTO - (YENİLƏNDİ)
-
Qoroskop00:15
Günün ULDUZ FALI: maliyyə stabilliyi hər an pozula bilər
-
Avropa00:00
Ukrayna Ordusu daha bir yaşayış məntəqəsini AZAD ETDİ
-
MDB2 İyul 23:00
Qaraqalpaqıstanda fövqəladə vəziyyət elan edildi
-
Region2 İyul 21:13
Qaydaları pozan rus həkim Ankarada SAXLANILDI
-
Avropa2 İyul 19:36
Parisdə ETİRAZ DALĞASI: onlarla reys təxirə salındı
-
Magazin12 İyul 18:36
Fatimədən İRAD: "Mənim heç yerim sallanmır" - VİDEO
-
Sosial2 İyul 17:58
Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirdi