Magazin1
Lalə Məmmədova koronavirusa telekanalda yoluxub? - Açıqladı
"Dünəndən bəri nigaranlığınıza səbəb olduğum üçün hamınızdan üzr istəyirəm. Zəng edib soruşan, yazan, dua edən hər kəs sağ olsun. Virus ailəmizdən yan keçmədi. Bir ailənin kiçiyindən tutmuş böyüyünədək hamısının xəstələndiyini gözünüzün qabağına gətirsəniz, səhnə sizə bəlli olacaq".
Publika.az xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova İnstaqramda yazıb. Koronavirusa yoluxan müğənni qeyd edib ki, 7 yaşlı kiçik qızı belə iybilmə, dadbilməni itirib:
"Qorunun, yaşlıları qoruyun... Hər gün haldan-hala düşən valideynlərimi görmək bilsəniz nə qədər ağrılıdır. Ağrılı və vicdan əzablı... Bu gün xəstəxananın əməkdaşı məndən xəstəliyin yoluxma səbəbini və ilkin şəxsin kim olduğunu soruşanda, ürək ağrısı ilə "mənəm" dedim.
Ancaq son yoluxma ehtimal olunan məkan - telekanallarımızın adını demədim. Günahı kiminsə üstünə yıxmaq mənlik deyil. "Efirimizə niyə gəlmirsiniz?" deyib, giley-güzar edən televiziya işçiləri, dostlarım, siz maska geyinsəniz də, biz maska taxıb, çıxıb efirdə oxumuruq. Bu halda biz sənətçilərin yoluxma riski daha çoxdur. İnşallah, her şey yoluna düşər və biz yenə efirlərdə görünərik. Diqqətli olun... Bir adamın yoluxması 1 ailənin yoluxmasına səbəb olur".
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...