Magazin1
Xalq artisti uzun ayrılığa dözmədi və...
“Gündə efirlərdə olsam da, evdə kitablarla, şeirlərlə məşğul olsam da, ikinci evim üçün çox darıxmışam. Az deyil, 31 ildir teatrda 1 gün belə fasilə vermədən çalışmışam”.
Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova instaqramda yazıb. 9 aydır səhnəyə çıxmayan aktrisa bildirib ki, teatrda aktyorlar əsrləri fəth edən neçə-neçə insan taleləri yaşayır:
“Bir insan öz taleyini, Allahın verdiyi ömrü bu keşməkeşli həyatda taleyindən razı, narazı, yaxud da xoşbəxt formada yaşayır. Amma biz aktyorlar səhnədə neçə-neçə insan talelərini canlandırırıq. Buna dözmək gərəkdir. Orada bəzən bədbəxt, bəzən xoşbəxt talelər yaşayırıq. Xəstəni, kraliçanı, balerinanı, bəzən isə nakam məhəbbətə uğrayan insanı canlandırırıq.
Bəli, bu, aktyor həyatıdır. Kənardan asan görünən, amma əslində hədsiz çətin olan sənətdir. Mükafatı tamaşaçı alqışıdır. Ürəyimizi, həyatımızı səhnəyə qurban verdiyimiz aylar, illər...
8-9 aydır səhnəyə çıxmıram, ilk dəfədir belə olur. Amma bu aylar ərzində boş vaxtım da olmayıb. Çoxlu muxtəlif janrlarda şeirlər hazırlamışam. Obrazlarımız, sənət dostlarım, səhnə işçiləri, ən əsas səhnənin iyi və tozu üçün darıxmışam. Mən səhnə üçün doğulmuşam!”
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama
-
İdman12:20
Onun ilk çılpaq fotosessiyanın pulunu Maradona ödəyib - FOTOLAR
-
İqtisadi gündəm12:05
Bayram günlərində bu şəxslərə əlavə pul veriləcək